"Rusiya hərbçiləri tərəfindən işğal edilən Ukraynanın Mariupol şəhərində işğalçılar texnikanın kütləvi şəkildə köçürülməsini həyata keçirirlər".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Mariupol merinin müşaviri Pyotr Andryuşşenko özünün "Telegram" kanalında bildirib.
"İşğalçılar kütləvi şəkildə texnikanın köçürülməsini həyata keçirirlər. Günortadan sonra Berdyansk-Poloqi istiqamətindən əlavə, Mariupol vilayətinin şimalında Volnovaxa istiqamətində zirehli yük maşınları qeydə alınıb", – o deyib.
“Novoazovskdan Berdyanska doğru Azov sahili vasitəsilə hərbi texnikanın keçidi qeydə alınıb”, – Andryuşşenko əlavə edib.
Şəbnəm Mehdizadə
