Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın Nikolayev vilayətini raket atəşinə tutub.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, rus qoşunları mülki obyektləri və bir sənaye infrastrukturunu vurub. Nəticədə avtosalon, ticarət mərkəzi, o cümlədən sənaye infrastrukturu obyektinin binası qismən dağılıb.
Hadisə yerində yanğın baş verən yanğın xilasedicilər tərəfindən qısa müddətdə söndürülüb.Əraziyə ümumilikdə 13 ədəd xüsusi texnika və 64 xilasedici cəlb olunub.
Şəbnəm Mehdizadə
