Kolumbiyada mayın 1-də radarlardan itən və ötən gün qalıqları aşkarlanan təyyarədə olan 4 uşaq sağ tapılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro "Twitter" səhifəsində bildirib.
Qəzaya uğrayan təyyarədə möcüzə nəticəsində sağ qalanlar arasında 11 aylıq körpənin də olduğu bildirilir.
"Əsgərlərimizin gərgin axtarışları nəticəsində Quaviarada qəzaya uğrayan təyyarədəki 4 uşağın sağ olduğunu öyrəndik. Bu ölkə üçün böyük sevincdir", – deyə prezident qeyd edib.
Qeyd edək ki, dünən ölkənin cənubundakı meşələrdə qalıqları tapılan kiçik təyyarədə olan daha 4 nəfərin cəsədi aşkarlanıb. Quaviare inzibati bölgəsinin San Xose şəhərində qəzaya uğradığı güman edilən kiçik təyyarəsdə 7 nəfərin olduğu bildirilib.
Şəbnəm Mehdizadə
