Məzmuna keç

Hərbi Administrasiya: “Rusiya ordusu Xmelnitski vilayətinə hücum edib, dağıntılar var”

"Rusiya ordusu mayın 18-i səhər saatlarında Ukraynanın Xmelnitski vilayətinə hücum edib".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xmelnitski vilayəti Hərbi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hava hücumu zamanı bölgədə silsilə partlayışlar olub, infrastruktura zərər dəyib: "Xoşbəxtlikdən itki yoxdur".

Qeyd edək ki, mayın 13-də Rusiya ordusunun bölgədəki vacib infrastrukturlara hücumu nəticəsində 5 nəfər yaralanmışdı.

Şəbnəm Mehdizadə