Türkiyədə məhkəmədə hakimə hücum edilib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərində baş verib.
Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunan 28 yaşlı kişi qohumları ilə birlikdə hakimə hücum edib.
Mühafizə polisi dərhal müdaxilə edib və hakimi oradan uzaqlaşdırıb.
Hücumuna məruz qalan İkinci Ağır Cəza Məhkəməsinin hakimi həmin şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib və onlar barəsində müvafiq tədbirlər görülüb.
Şəbnəm Mehdizadə
