Məzmuna keç

İstanbulda 7 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib –

Türkiyənin İstanbul şəhərində 7 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

E-huquq.az "Habertürk"ə istinadən xəbər verir ki, 2 yük maşını və 5 minik avtomobilin toqquşduğu qəzada 1 nəfər yaralanıb.

Qəza səbəbiylə Ədirnə istiqamətində nəqliyyatın hərəkətində sıxlıq meydana gəlib.

İlkin ehtimala görə, qəzaya havanın yağışlı olması səbəb olub.

Şəbnəm Mehdizadə