Məzmuna keç

Ədliyyə Nazirliyi: “Boşanmaq istəyən 1384 cütlüyün barışığına nail olunub”

Nazirliyin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət etmiş şəxslər ilk öncə psixoloq xidmətlərindən keçir. 2018-ci ildən təşkil olunan belə xidmətlər nəticəsində nikahın pozulması üçün müraciət edən 7619 şəxsdən 2768 nəfərin, yəni 1384 cütlüyün boşanmaq fikrindən daşınmasına nail olmuşuq".

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib.

"Hazırda psixoloq xidmətləri yalnız Bakı şəhərini əhatə edir. Gələcəkdə bu xidmətin ərazi baxımından genişləndirilməsi nəzərdə tutulur", – deyə R.Kərimova qeyd edib.

Şəbnəm Mehdizadə