"Boşanmaların sayının artmasına təsir edən səbəblərdən biri də sadələşdirilmiş boşanma proseslərinə üstünlük verilməsidir".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.
Komitə sədri bildirib ki, bəzən tərəflərə müəyyən vaxt verilir ki, öz aralarında razılıq əldə etsinlər: "Lakin onlar razılaşa bilmir və yalnız bir nəfərin iradəsi ilə məhkəmə nikaha xitam verir. Belə olan halda nə qadının, nə uşağın, nə də kişinin mənafeyi nəzərə alına bilinir. Ona görə məsələyə hərtərəfli yanaşma, risk ehtimalının nəzərə alınması vacibdir”.
Şəbnəm Mehdizadə
