Məzmuna keç

Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb

Ekvadorda martın 27-də baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 56-ya çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, itkin düşənlərin axtarışlarının davam etdiyi bildirilib.

Hadisə nəticəsində 163 evə ziyan dəyib, 60 ev tamamilə dağılıb.

Rəsmilər yerin altında daha 30 nəfərin olduğunu və cəsədlərin çıxarılmas üçün tədbirlərin davam etdirildiyini qeyd edib.

Yerli mətbuatda yayılan xəbərlərə görə, bölgədəki dağda bir müddət əvvəl çatları əmələ gəlib və nəticədə sürüşməyə səbəb olub.

Ekvadorun Nəqliyyat və İctimai İşlər Nazirliyi bağlanan yolların yenidən açılması üçün davamlı olaraq çalışdıqlarını və bölgədə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Şəbnəm Mehdizadə