Məzmuna keç

Hərbi ekspert: “İşğalçılar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu ləngitməyə çalışır”

"Rusiya işğalçıları Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu gözləyərək panikaya düşürlər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu "Kanal 24"-ə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru, hərbi ekspert Aleksey Getman deyib.

O, rusların taktikasını uğursuz hesab edir: "Ruslar əks-hücumun dəqiq haradan başlayacağını bilmirlər. İndi Putinin hərbçiləri müdafiəyə hazırlaşır və onların hazırlıqla bağlı problemləri var".

Ekspert deyir ki, bu gün təşviş içində olan işğalçılar bütün təmas xətti boyunca atəş açmaqla Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunu ləngitməyə çalışırlar: "Ukrayna qüvvələrinin kiçik bir irəliləməsi belə düşməni qorxuya salır".

Şəbnəm Mehdizadə