Məzmuna keç

Sudanda toqquşmalarda ölən mülki şəxslərin sayı 850 nəfərə çatıb

Sudanda ordu ilə xüsusi təyinatlılar arasında baş verən qarşıdurmalarda ölənlərin sayı 850 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sudanın Həkimlər Komitəsi məlumat yayıb.

Daha 3394 mülki şəxsin isə yaralandığı bildirilir.

Qeyd edək ki, aprelin 15-də səhər saatlarından başlayan qarşıdurmalar paytaxt Xartumda və digər şəhərlərdə 36 gündür davam edir.

Şəbnəm Mehdizadə