Birləşmiş Millətlər Təşkilatı (BMT) Somalidə daşqınlardan zərərçəkənlər təcili şəkildə yardım göstərilməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilat daşqınlardan zərər çəkmiş bölgələrə yardım göndərməyə çağırıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) verdiyi açıqlamada, Şabel çayında son 30 ilin ən şiddətli daşqının olduğu vurğulanaraq, Beledveyn şəhərinin 79 faizinin su altında qaldığı bildirilib.
Həmçinin 200 mindən çox insanın məcburi köçkün vəziyyətinə düşdüyü, təcili qida və suya ehtiyac duyulduğu, insanların güzəranının tükəndiyi, sudan qaynaqlanan xəstəliklərin artmaqda davam etdiyi qeyd olunub.
Qeyd edək ki, 460 min insana mənfi təsir göstərən fəlakət nəticəsində 22 nəfər həyatını itirib. Bölgədə vəba və malyariya kimi epidemiyaların artması təhlükəsi var.
Şəbnəm Mehdizadə
