Məzmuna keç

Türkiyədə güclü qasırğa binaların damını uçurdu

Türkiyənin Sivas şəhərində güclü qasırğa olub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, günorta saatlarından başlayan fırtına bir sıra fəsadlar törədib.

Qasırğa nəticəsində Sivasın Zara rayonunda bəzi binaların damları uçub.

Xəsarət alan olmasa da, evlərə ciddi ziyan dəyib.

Şəbnəm Mehdizadə