Məzmuna keç

Türkiyənin bəzi bölgələrində hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Türkiyənin bəzi bölgələrində hava şəraitinin kəskin soyuyacağı barədə xəbərdarlıq edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu gecədən etibarən Diyarbəkir, Mardin, Batman, Siirt, Şırnak və Hakkari, sabah günorta saatlarından etibarən isə Çankırı, Kırıkkale, Bolu, Kastamonu və Çorumda güclü tufan gözlənilir.

Güclü yağışlar səbəbindən bölgədə daşqın ola biləcəyi qeyd olunub və vətəndaşlardan ehtiyatlı olmaq xahiş olunub.

Şəbnəm Mehdizadə