Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonununda polisə müqavimət göstərən 4 nəfər saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, axşam saatlarında Moda çimərliyinə gələn bir qrup şəxs yüksək səslə musiqi açaraq əylənməyə başlayıb. Piyada yolunun bağlanması və ətrafdakıların şikayətləri ilə əraziyə gələn polis həmin şəxslərə xəbərdarlıq edib.
Xəbərdarlıqlara məhəl qoymayan qrup üzvləri polislə mübahisə etməyə başlayıb. Polis qarşıdurmanı dağıtmaq üçün bibər qazından istifadə edib.
Bəzi şəxslərin hücuma keçməsindən sonra havaya atəş açılıb.
Hadisə ilə əlaqədar saxlanılan 4 şübhəli şəxs barədə müvafiq tədbirlər görülüb.
Şəbnəm Mehdizadə
