Türkiyənin Adana şəhərində avtomobil idarəetmədən çıxaraq yol kənarındakı suvarma kanalına aşıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib.
Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə briqadaları cəlb edilib.
Meyitlər dalğıc polis əməkdaşları tərəfindən sudan çıxarılıb və şəxsiyyətlərinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma başlanıb.
Şəbnəm Mehdizadə
