Rusiya ordusu son suktada Ukraynada 720 hərbçisini itirib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin canlı qüvvə itkisi 203 880 nəfər çatıb.
Bundan əlaqə, Rusiya ötən ilin fevralın 24-dən indiyədək 3785 tank, 7 407 zirehli maşın, 2 748 operativ-taktiki PUA, 3278 artilleriya sistemi, 565 reaktiv yaylım atəşi sistemi, 327 hava hücumundan müdafiə sistemi, 1011 qanadlı raket, 309 təyyarə, 294 helikopter, 18 gəmi/qayıq, 6 129 avtomobil və tanker, 427 xüsusi texnika itirib.
Şəbnəm Mehdizadə
