Məzmuna keç

Baş Qərargah: “Ruslar məhkumların müharibəyə hazırlıq müddətini kəskin şəkildə azaldıb”

"Ruslar məhkumların Ukraynaya qarşı müharibəyə hazırlıq müddətini kəskin şəkildə azaldıblar".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Məlumata görə, Ruslar böyük itkilər fonunda təlim müddətini azaltmaq qərarına gəliblər.

"Əhəmiyyətli canlı qüvvə itkisi fonunda Rusiya hərbi rəhbərliyi Luqansk vilayətinin Starobelsk rayonunda yerləşən düşərgədə məhkumlar arasından şəxsi heyətin təlim müddətini 10 günə qədər azaltmaq qərarına gəlib. Düşərgəyə Rusiya Federasiyasındakı həbsxanalardan 1000-ə yaxın məhbus gətirilib. Əvvəlcə işğalçılar onları dörd həftə ərzində hərbi əməliyyatlara hazırlamağı planlaşdırsalar da, bu müddət 10 günə endirilib", – Baş Qərargah qeyd edib.

Şəbnəm Mehdizadə