Məzmuna keç

Kiyevdə hərbi təlimlər keçiriləcək

Bu gündən başlayaraq mayın 25-dək Ukraynanın paytaxtı Kiyevdə hərbi təlimlər keçiriləcək.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığı məlumat yayıb.

Bildirilib ki, təlimlərin məqsədi döyüş qabiliyyətinin artırılmasıdır. Təlimlərə şəxsi heyət və nizami hərbi texnika cəlb olunacaq.

Komandanlıq yerli əhalini ağır texnikanın hərəkəti ilə əlaqədar panikaya düşməməyə, sosial şəbəkələrdə texnika və canlı qüvvənin hərəkəti barədə məlumat paylaşmamağa çağırıb.

Şəbnəm Mehdizadə