"Rus işğalçıları Donetsk vilayətinin Avdiivka rayonuna raket hücumu edib"
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bunu Avdeyevka şəhər Hərbi Administrasiyasının rəhbəri Vitali Barabaş deyib.
Onun sözlərinə görə, hücum nəticəsində doqquzmərtəbəli yaşayış binası dağılıb, insanlar dağıntılar altında qalıb.
Administrasiya rəhbəri 2 nəfərin yaralandığını, onlardan birinin vəziyyətinin ağır olduğunu bildirib.
Şəbnəm Mehdizadə
