Türkiyənin İstanbul şəhərində FETÖ-ya qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin apardığı istintaq tədbirləri çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığında 30-dan çox şəxsin FETÖ ilə əlaqələrinin olmasına dair sübutlar aşkarlanıb.
9 rayonu əhatə edən əməliyyatlarda 30 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların arasında polkovnik, polkovnik-leytenant, mayor, baş leytenant və s. rütbəli şəxslər də var.
Hazırda digər şübhəli şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Şəbnəm Mehdizadə
