"Azərbaycanın gücü və qüdrəti artdıqca ölkə əhalisinin sosial müdafiəsi də güclənir. Uşaqlara qayğı ilbəil artır".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin qayğısı ilə əhatə olunub.
"Ölkəmizdə uşaqların ən birinci müdafiəçisi Prezident İlham Əliyevdir. Birinci vitse-prezident Mehriban Əliyeva uşaqların himayədarıdır. Ölkə rəhbərliyinin uşaqlar üçün xidmətləri misilsizdir. Xatırlayıram ki, 90-cı illərdə Müstəqil Azərbaycanın qurucusu və banisi Ümumilli Lider Heydər Əliyev valideyn himayəsindən məhrum olan uşaqlarla görüşdə demişdi: "Düşünməyin ki, sizin valideynləriniz yoxdur. Azərbaycan dövləti, Azərbaycan Prezidenti sizin valideyninizdir". Bu gün Ulu Öndərin uşaqlarla bağlı apardığı siyasət uğurla davam etdirilir. Ölkəmizdə uşaqlar üçün yaradıcılıq evləri tikilir, məktəblər, istirahət düşərgələri açılır. Onların sağlamlığı, sosial müdafiəsi prioritet istiqamətlərdəndəir. Uşaqlarımız vətəpərvərlik ruhunda tərbiyə edilir. Uşaqlar cəmiyyətimizin gələcəyidir. Onlar sağlam, savadlı, tərbiyəli, vətənpərvər olarsa, cəmiyətimiz də o qədər qüdrətli, güclü olar", – deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə
