Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov dekabrın 11-də Tovuz rayonunda fəaliyyət göstərən Vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: Abulbəyli kəndi, Nizami klubunun yanı) Tovuz, Şəmkir, Gədəbəy, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən e-huquq.az-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 5-9-da Şəmkir şəhərində 14 saylı Ərazi Vergilər İdarəsinə, Tovuz, Gədəbəy, Qazax və Ağstafa rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin “[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
