Məzmuna keç

Tərtərdə qonşusunu bıçaqlamaqda ittiham olunan şəxsin ibtidai istintaqı yekunlaşdı

Tərtərdə qonşusunu bıçqlamaqda təqsirləndirilən Pərviz Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Tahir Qubadovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 2-ə təyin olunub.

Qeyd edək ki, Pərviz Hüseynov mübahisə zəmnində qonşusu, 1986-cı il təvəllüdlü Əliyev Dəyanət Morux oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə aparılıb. P.Hüseynova qarşı Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə