"2023-cü ilin ilk 6 ayı ərzində 104 Çağrı Mərkəzinə ərzində 500 min 513 müraciət daxil olub. Bu keçən ilin analoji dövrü ilə müqayisədə 45624 az müraciət deməkdir".
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyasında deyib.
O bildirib ki, hesabat dövründə Birliyə təzyiqlə bağlı 37 min 96 müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 3728 müraciət azalması deməkdir.
Qaz təchizatı ilə bağlı 29967 müraciət daxil olub ki, analoji müqayisədə bu göstərici 6492 müraciət azdır. Qaz sızmaları ilə bağlı isə quruma 27746 müraciət daxil olub ki, bu da keçən illə müqayisədə 579 müraciət azdır.
Ümumi müraciətlərin 41%-i qazlaşma, 33%-i isə maarifləndirici məlumatlarla bağlı olub.
Şəbnəm Mehdizadə
