2023-cü ilin yanvar-iyun ayları ərzində qaz itkisi 5,6 faiz təşkil edib.
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.
O bildirib ki, bu göstərici ötən ilin eyni dövründə 8,3% olub. Yəni cari ildə qaz itkisi 2,7% azalıb.
“Ümumilikdə 2022-ci il üzrə qaz itkisi isə 5,7% təşkil edib" deyə, – şöbə rəisi əlavə edib.
Şəbnəm Mehdizadə
