Məzmuna keç

Azərbaycanın və Polşanın hərbi hüquq ekspertləri Bakıda müzakirələr aparıblar

Azərbaycanın və Polşanın Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib

Azərbaycanın və Polşanın Müdafiə nazirlikləri arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən, Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, tədbirdə hüquq xidmətinin təşkili məsələləri, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, eləcə də bir sıra digər məsələlər müzakirə olunub.