Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, dekabrın 13-də Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Hacıqabulda vətəndaşları qəbul edəcək.
Ali Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a bildiriblər ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulu Hacıqabul Rayon Məhkəməsində (ünvan: Hacıqabul şəhəri, H.Həmidov küç., 16) saat 11:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Hacıqabul Rayon Məhkəməsində, habelə 050 245-54-85 əlaqə nömrəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
