Məzmuna keç

“Azəriqaz”a daxil olan müraciətlərin sayı açıqlandı

2023-cü ilin ilk 7 ayı ərzində “Azəriqaz” İstehsalat Birliyinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 6 936 müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bunu Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bu gün keçirilən "Açıq qapı” aksiyasında deyib.

“Bunlardan 3 231 müraciət “Opentext” proqramı vasitəsilə, 3 705 müraciət isə elektron formada olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 296 müraciət az deməkdir”.

Göndərilən müraciətlərin çoxu təbii qaza görə yaranmış borcun araşdırılması və evlərin fərdi qaydada qazlaşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi ilə bağlı olub

Şəbnəm Mehdizadə