SOCAR "Azəriqaz" İstehsalat Biriliyinin rəhbərliyi Xırdalan şəhərində vətəndaş qəbulu keçiriləcək.
Bu barədə e-huquq.az-a Birlikdən məlumat verilib.
Bildirilib ki, 7 avqust saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Abşeron və Zəngilan sakinlərinin müraciətləri dinləniləcək.
"Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Bakı Regional Qazın Satışı Departamentinə və Bakı Regional Qaz İstismarı Departamentinə (tel: 050 845 88 61; 050 845 85 31) müraciət edə bilərlər", – məlumatda qeyd olunub.
