Məzmuna keç

ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışığı apardı

Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla telefon danışığı aparıb.

E-huquq.az xəbər verir ki, bu barədə Buyar Osmani Tvitterdə paylaşım edib.

ATƏT sədri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Laçın yolundakı vəziyyəti müzakirə edib.