Məzmuna keç

KAAN-la bağlı Azərbaycanla razılıq əldə etmişik –

Yerli istehsallı KAAN döyüş təyyarəsi ilə bağlı Azərbaycanla razılıq əldə etmişik.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “A Haber”ə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, Türkiyə bu məsələ ilə bağlı digər ölkələr, o cümlədən, Pakistanla razılıq əldə edəcək:

“F-15-ləri bizə vermədilər. Beləliklə, bizi öz təyyarəmizi istehsal etməyə sövq etdilər. Belə demək mümkünsə, əslində, bizə yaxşılıq etdilər. Dost və qardaş ölkələr KAAN-la bağlı layihəyə ortaq olmaq üçün çalışır".