Məzmuna keç

Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edildi

Dənizdə batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Nardaran-2" sularda xilasetmə məntəqəsinin ərazisində, "Bilgəh-2", sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) və Şıx ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.