Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.
Hərəkətdə olan "Qazel" markalı mikroavtobus yola çıxan mal-qara səbəbindən idarəetməni itirb. Nəticədə mikroavtobus maneə çırpılıb.
“QAZel” markalı mikroavtobusda olan istixana işçilərindən 6 nəfər – 1995-ci il təvəllüdlü G.Səfərova, 1979-cu il təvəllüdlü K.Məmmədova, 1967-ci il təvəllüdlü D.Məmmədova, 1997-ci il təvəllüdlü E.Mayılov, 1974-cü il təvəllüdlü İ.Zeynalova və 1964-cü il təvəllüdlü T.Əliyeva xəsarət alıb.
Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.
Daha bir nəfər 1980-ci il təvəllüdlü E.Cəfərova isə hadisədən qorxduğu üçün həyacan keçirib. Ona da ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
