Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın söndürülüb.
E-huquq.az xəbər verir ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb.
İlkin ehtimala görə, kondisionerdə qısaqapanmadan sonra yaranan alov alkapon və naqillərə keçib.
***
22.16
Sumqayıt dəmir yolu vağzalında yanğın başlayıb.
E-huquq.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub.
Yanğının qarşısını almaq üçün müvafiq işlər görülür.
