Məzmuna keç

XİN 28 min manatlıq tenderinin qalibini açıqladı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəqliyyat vasitələrinin cari təmir işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az-ın məlumatına görə, tenderin qalibi “Avtoservis 555” MMC olub.

Məlumata görə, qalib şirkətə 27.806,7 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə