Məzmuna keç

Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin olundu

Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin olundu

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini vəzifəsinə təyinat olub.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Nüsrət Süleyman oğlu Süleymanov Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir.