Məzmuna keç

Azərbaycanda hansı tələbələrin təhsil haqqından azad olunduğu açıqlandı

Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin kateqoriyasını açıqlayıb.

E-huquq.az xəbər verir ki, həmin şəxslər 6 kateqoriyaya bölünür.

Bunlar məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olmuş şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid statusu alan şəxslər, şəhid və müharibə əlillərinin övladları və müharibə veteranlarıdır.