Məzmuna keç

“Açıq mikrofon” aksiyası Yaşma bağlarında keçiriləcək

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon"u Sumqayıt şəhərinin Yaşma bağlarında (53-cü Dalan) qurulacaq.

E-huquq.az xəbər verir ki, aksiya avqustun 31-də saat 11:00-dan 12:00-dək baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.