"Franks International Middle East (BVI) LTD" şirkətinin Azərbaycancan Respublikasındakı Filialına cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İş hakim Ülviyyə Şükürovanın icraatına verilib. Məhkəmə iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, bu xətaya görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
