Məzmuna keç

Dövlət Miqrasiya Xidməti 262 min manatlıq sifariş verdi

Dövlət Miqrasiya Xidmətinin “Vahid Miqrasiya Məlumat Sistemi”ndə bir sıra yeni proqram modulların hazırlanması və altsistemdə təkmilləşdirilmə işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderin nəticəsi bəlli olub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Agile Solutions" MMC olub.

Məlumata görə, qalib şirkətə 261.842 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə