Məzmuna keç

Türkiyə sərhədini qanunsuz keçən şəxslər saxlanılıb

Türkiyənin Ədirnə şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olmağa çalışan 63 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən sərhədi keçməyə çalışan qruplara qarşı əməliyyat keçirilib.

Miqrantların Suriya, Fələstin, Tunis, Mərakeş, Əfqanıstan və Hindistandan olduğu müəyyən edilib.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə