Məzmuna keç

AzQAC-ın Xankəndiyə göndərmək istədiyi ərzaq yükünün dayandığı Ağdam Xankəndi avtomobil yoluna elektrik enerjisi verildi –

Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.

E-huquq.az xəbər verir ki, hazırda uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilməsi işi başa çatıb.

110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə qədər çəkilib.