Avropa İttifaqı (Aİ) “Qlobal Portal” strategiyasına həsr olunmuş və dünya infrastrukturunun bütün səviyyələrdə inkişafına yönəlmiş sammit keçirmək niyyətindədir.
E-huquq.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, tədbirə həm Aİ, həm də bloka daxil olmayan ölkələrin liderləri dəvət olunur.
Qeyd edək ki, sammitin oktyabrın 25-26-da – Aİ liderlərinin Brüsseldə keçiriləcək ikigünlük görüşü ərəfəsində baş tutacağı gözlənilir.
