Məzmuna keç

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Kürdəmirdə keçiriləcək

SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Kürdəmir rayonunda görüşü təşkil olunacaq.

E-huquq.az xəbər verir ki, aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” sentyabrın 13-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.