"Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır".
E-huquq.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov deyib.
O qeyd edib ki, Bakı Limanı vasitəsilə dünya bazarına çıxan yüklərin 85 faizi tranzit yüklərdir.
T.Ziyadovun sözlərinə görə, Bakı Limanı vasitəsilə yüklərin daşınmasında artım proqnozlaşdırılır: "Ötən il Bakı Limanı vasitəsilə 4 milyon tona yaxın yük daşınıb. Bu il isə artımın olacağını gözləyirik. Konteyner, TIR və sərnişin daşımasında böyük artım müşahidə edilib".
