Məzmuna keç

“Azəriqaz”ın sahibkarlarla növbəti görüşü Balakəndə keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Balakən rayonunda görüşü təşkil olunacaq.

Bu barədə e-huquq.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” sentyabrın 20-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.