Məzmuna keç

Narkokuryerlik etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Bərdədə narkokuryerlik etməkdə təqsirləndirilən Tural Həsənovun və İmdad Abdullayevin cinayət işi üzrə ibtidai istintaq baş açatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materialar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilib. Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuna və bir ədəd bıçaq götürülüb. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə