Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Xarici İşlər Nazirliyinə (XİN) diplomatik xidmətə qəbul olmaq istəyən namizədlərin danışıq bloku üzrə imtahan keçirəcək.
E-huquq.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Mərkəz dünən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçirib.
İmtahan nəticələrinin danışıq bloku üzrə imtahanın nəticələri bir yerdə yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
