Məzmuna keç

Dövlət Məşğulluq Agentliyi yarım milyon manatlıq sifariş verdi

“Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsinin “Peşələr festivalı”nın təşkili işlərinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi “Admedia.az” MMC olub.

Məlumata görə, qalib şirkətə 584.079,94 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə